ABŞ Azərbaycan səhiyyəsini rüsvay etdi

ABŞ Azərbaycana səfər edən vətəndaşlarını ölkəmizdəki apteklərdən dərman almamağa çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlığında deyilir. Burada yerləşdirilmiş mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır: “Biz sizə əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.
Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb: “Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orjinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu respet sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.