Füzuli Hüseynovla yalnız qürur duymaq olar

Şahvələd Çobanoğlu
Huseynov Fizuli – son dövrlər tək adam aksiyaları ilə tanınan AXCP fəalı bir sutkadır yoxa çıxmışdı. Evdən çıxanda da Qiyasa işgəncə verilməsinə etiraz olaraq aksiya keçirməyə gedirmiş. Bu haqda FB-də də yazıbmış. Aydındır ki, polis orqanları onu oğurlayıb, yoxa çıxmasının səbəbi yalnız budur.
Fizuli bəyin əzmi, cəsarəti diqqət çəkməyə bilməz. Amma tək bu deyil, Fizuli bəy xüsusi dərəcədə mülayim, tərbiyəli adam təsiri bağışlayır, yaşına baxmayaraq, gəncliyə xas ovqatı, gələcəyə inamı və adekvat üslubu ilə seçilir.
Dinc etirazçıya qarşı qanunsuzluq eləmək bizim hakimiyyət üçün təzə deyil, amma unudulmasın, bu adamlar toplumun təpəridir. Hər çətinlikdə çiyinlərini yük altına verəcək insanlardır. Qiyas kimi işıqlı gəncə qarşı edilən vəhşiliyə dözməməsi də bundan irəli gəlir. Belə adamlarla yalnız qürur duymaq olar!