"Bir qadın olmalı Həyatınızda"

Bir qadın olmalı həyatınızda
Görməkdən bezmədiyiniz.
Dağılmış saçlarını toplamağa çəkinmədiyiniz
Yanınızdan keçərkən bir damın altındaa
Təsadüfi toxunuşundan diksinmədiyiniz.
Bir qadın olmalı həyatınızda
İllər keçsə də
Uşaqcıl ruhunuzu göstərməkdən qaçınmadığınız.
Səhərlər ümidi olduğunuz
Gündüzlər dayağı,
Gecələr həyatının bir anı olduğunuz …
Göz-gözə gələrkən gözləriniz gülməli
Baxışlarınızla sevməli
Gülüşünüzlə təzim eyləməli.
Bir qadın olmalı.
Elə bir qadın ki…
Sevişmədən
Pillə-pillə
Addım-addım
Nəfəs-nəfəs kəşf elədiyiniz
Sevişməyə tələsmədiyiniz….
Başını çiyninizə qoyub ağlaya bilməli
Çox böyük səbəbdən deyil
Sadəcə yanınızda olmanın vermiş olduğu
Hüzur damcıları olmalı
O yaşlar qəlbinizin közünü ovutmalı.
Arındırmalı bütün kin-nifrətdən
Məhəbbətlə doldurmalı.
Bir qadın olmalı.
Qəlbinizə imza atmağa tələsməli, kağıza deyil
Qəlbinizə hökm eləməli, həyatınıza deyil
Sakit dalğa olmalı, fırtına deyil
Tərkedilməz gəminin kapitanı kimi
Təlatümlü dalğalarda tərk etməməli
Limanda belə sakininiz olmalı
İlk olması önəmli deyil
Son sahibiniz olmalı.
****
Hər gün bir az
Bu həyatı , yaşamağı sevmirəm.
Bəzən niyə doğulmuşam
Bu dünyada artıq yerə sıxışmışam
Niyə nəfəs qıtlığında
boş bir nəfəs saxlamışam
anlamıram, bilmirəm…
Kədərlərim yaşamağı rəngləndirən yeganə hiss
Niyə mənim güvəndiyim bütün dağlar
Təbiətin xəyanətkar tarixinə salır bir iz…
Niyə axı… niyə axı…
Mən olmasam sanki bəşər
Bədbəxtliyin girdabında qalacaqdı
Mənim payıma düşəni paylasalar
Bütün dünya doyacaqdı…
Ağırlaşan çiyinlərim
Hər gün bir az qəddim əyir
Niyə bir insan balası
Çox yorğunsan,
bir az dinlən, mənim balam, Söyləməyir…
Alışdığım otaq dostum tənhalıqdı
Mənim ən gözəl əyləncəm
Yandırdığım ocağımda rəqs eləyən alovumdu…
Sehrli bir aynam da var
O aynaya baxdığnda
yetmişində olan qarı
Otuzunda yorğun düşmüş qadın olar…
****
Kişiləri sevin ,əzizləyin!
Sandıqınız qədər də güclü deyil onlar
Çox olur onların can sıxıntısı,bildirməzlər.
Kədərlənməyə qoymayın!
Aqlamaqı bizim kimi bilməz onlar.
Göz yaşları bəbəklərində quruyar,
Axıb,cıqır salmaz yanaqlarına
Kimsələr görməsin deyə…
Anlayın ,onları!
Nə zaman gözləri yol çəksə
Bir gizli “ah” eşitsəz,
Görməzlikdən gəlin,amma
Duyun onları!
Bəlkə pulu yoxdur deyə üzülmüşdür
Amma baxın,
pulla alınmayan təbəssümümüz var.
Güldürün üzünü onların!
Yorulanda evinə tələssin,
sevdiyi yeməklıər bişsin adına.
“Səninçün bişirdim” deyin.
Onsuzda ən sevdiyi hissəni tək yeməz “O”
Saxlayar can parçasına.
Onunçun geyinin,ətirlənin
Ərisin baxışlarınızla güclü görkəmi
Hopsun köynəyinə saçınızın qoxusu
Unutsun bütün yorqunluqu
Nəfəsinizin,əllərinizin təmasında.
Bitməsin o xoşbəxtlik
Dörd divarın arasında
Yer ilə göy arasında…
Heç bitməsin!!!