Əliyevin qoçu dəstəsi...
Azərbaycanın siyasi həyatında hal-hazırda daha çox müzakirə olunan mövzu Saleh Rüstəmlinin həbsxanada aclıq keçirməsidir.
Hamıya məlumdur ki, S.Rüstəmli siyasi mövqeyi ilə hakimiyyətlə tərs dünyagörüşdədir və buna görə də onun cəzalandırılması siyasi xarakterlidir. Ölkənin bütün ictimai-siyasi kəsimi bütün platformalarda Saleh Rüstəmlininin azadlığını tələb edirlər. Artıq Azərbaycanda hökumətə yaxınlığıyla seçilən hüquq müdafiəçiləri, o cümlədən digər ictimai şəxslər də Saleh Rüstəmlinin həyatının sağlamlığıyla ilgili narahatçılığını ifadə edirlər. 1 dekabr 2021-ci ildə isə Fəvvarələr meydanında bir qrup şəxs Salah Rüstəmlinin azad edilməsi üçün aksiya keçirməyə cəhd edib. Yarımçıq qalmış Aksiyada 10 nəfərədək şəxs saxlanılıb və saxlabnılanlar fiziki təzyiqə, zorakılığa məruz qalmışlar. Saxlanılanlar arasında xüsusilə Tofiq Yaqublunun görüntüləri bütün ölkə ictimaiyyətində əks-səda doğurub. Belə ki, Milli Şuranın və Müsavat Partiyasının üxvü. Qarabağ qazisi, keçmiş siyasi məhbus T.Yaqublu polislər tərəfindən ağır döyülmüş, üz-göz nahiyəsi tamamilə tanınmaz hala salınmışdır. Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən isə hadisənin polislər tərəfindən edilməməsiylə bağlı açıqlama gəlmişdir.
„Tofiq Yaqublu Azərbaycanın siyasi həyatında bir dəyərdir. Xarakteri, qətiyyəti, dözümlülüyü, vətən yolundakı avtobioqrafiyası onu deməyə əsas verir ki, bu şəxs bir simvoldur. Siyasət meydanında da o, eyni xarakterləri daim qoruyub saxlayır və həmkarlarına qarşı edilən ədalətsizliyə həmişə kəskin reaksiya verir. Bu dəfə də T.Yaqublu digər siyasi fəallarla birlikdə Saleh Rüstəmlinin azad edilməsi üçün etiraz aksiyası keçirmişlər. Lakin, aksiyanı dağıdan Azərbaycan polisləri İlham Əliyevdən Vilayət Eyvazov vasitəsilə aldığı tapşırığa əsasən Tofiq Yaqubluya qarşı əsl vəhşilik nümayiş etdirmişlər“.
Tofiq Yaqubluya və digər saxlanılanlara qarşı edilən zorakılıq və işgəncəni ciddi şəkildə insan hüquqları pozuntusu kimi dəyərləndirdi: „Azərbaycan Avropa Şurasına və digər beynəlxalq qurumlara üzv olarkən üzərinə xeyli öhdəlik götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi birbaşa İlham Əliyevin öhdəliyidir. Bütün dünyada qəbul edilmiş bir prinsip var İşgəncə qadağandır. Bu Beynəlxal İnsan Hüquqları Bəyannaməsində və digər hüquqi aktlarda özs əksini tapıb. Lakin, diktator İlham Əliyev Azərbaycan polisini qoçu dəstəsinə çevirərək danışanların ağzını yumur“
Siyasi aktivlik artan tendensiya ilə inkişaf etməlidir ki, gələcəkdə demokratik mühit, azad seçki, qanunun aliliyi, sərbəst toplaşmaq, özünüifadə təmin edilsin.
Baş redaktor: Yusif Rəsulov