Qohumbazlıq nə zaman bitəcək !?

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov uzun illərlə rəhbərlik etdiyi Daxili İşlər Nazirliyini artıq şəxsi mülki kimi görür. Belə ki, bütün ailə üzvləri bu nazirliyin vacib postlarını tuturlar, oğlu Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat İdarəsinin rəisi olmaqla polis polkovnikidir, digər oğlu Raul Usubov Baş Cinayət Axtarış İdarəsinin xırda Oğurluqla məşğul olanlar üzrə İdarəsinin rəisi olmaqla polis polkovnik-leytenantıdır, xalası oğlu Həsən Süleymanov Baş Yol Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsinin rəis muavini, qardaşı oğlu polis polkovnik-leytenantı Hikmət Usubov 16-cı polis bölməsinin rəisi vəzifəsini tutur, qaynı Nüsrət Şirinov isə Nazirliyin Baş Katibliyinin rəisi olmaqla, general-mayordur. Kürəkəni Kamran Xankişiyev polis mayoru olmaqla mühim vəzifələrdən birini tuturdu, Robert Əyyubov tərəfindən ağzından atılanadək. Ramil Usubov növbəti əmri ilə doğma dayısı oğlu, polis polkovnik-leytenantı İdris Məhərrəmovu Xətai rayonu Polis İdarəsinə şəxsi heyət uzrə rəis müavini vəzifəsinə təyin edib.
Korrupsiya haqqında Qanunun 7-ci maddəsinə görə vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu maddənin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. http://www.mia.gov.az/index.php?/az/content/431/
Bu cinayətkar hakimiyyət bu Qanunları icra etmirsə nəyə görə Qanunda bu cümlələri yazdırır? Bu oliqarxlar rəhbərlik etdikləri qurumları şəxsi və ailə mülkiyyəti kimi görürlər. Gördüyünüz kimi hələ bildiklərimizi saydıqda görürük ki, Ramil Usubov Nazirliyi şəxsi ailə biznesinə çeviribdir.
Emil İbrahimli