Əliyevlərə milyonlar gətirən bankları

Keçən il prezidentin övladları banklardan 82 milyon dollar gəlir götürüb.2016-cı ili Azərbaycan xalqı üçün repressiya ili adlandırmışdım. Eyni zamanda qeyd olunan il Azərbaycan bankları üçün borclanma, müflis olma, bağlanma ilə yadda qaldı. Yalnız bu proseslər nədənsə bəzi banklardan yan keçdi. Bəziləri isə prezident İlham Əliyevin övladlarının nəzarət etdiyi banklardır. Əliyevlər 2016-cı ildə bu banklardan 82 milyon ABŞ dollarından çox gəlir götürdükləri vaxt ümumilikdə isə Azərbaycanın bank sektoru 960 milyon dollar ziyan edərək müflisləşib.
İyulda ailə “VTB Bank”-dakı 49 faizlik səhmlərindən 31 milyon dollar qazanıb
Leyla və Arzu Əliyevalar isə gəlirli – “Kapital Bank”, “Paşa Bank” və “Xalq Bank”a nəzarət edirlər. Nəzərinizə çatdırım ki, Leyla Əliyeva ölkədəki bir neçə investisiya şirkətinə sahibdir, hansı ki, qanun bir şəxsin birdən artıq investisiya şirkətinə sahibliyini qadağan edir. Bu qadağa da məlum səbəblərə görə Əliyevlərdən yan keçib.
“Moody’s Investor Service” “Kapital Bank”ın son illər üzrə reytinqini açıqlayıb. Hesabatda bildirilir ki, bank riskləri “korporativ müştərilərə, dövlət işçilərinə, büdcə alıcılarına və digər ödəmə qabiliyyətli müştərilərə kredit verməklə azaldır”. Başqa sözlə, “Kapital Bank” büdcəyə yaxın, təhlükəsiz müştərilərlə işləyir.
Ailənin nəzarətində olan “AtaBank” da 2016-cı ildə çətinliklərlə üzləşib. Buna baxmayaraq, “Xəzər İnkişaf Bankı” ilə birləşərək qısa müddətdə öz maaliyyə durumunu düzəldib. Bankın hesabatında deyilir ki, sazişdən sonra “AtaBank”ın 67 milyon dollardan çox nizamnamə kapitalı olacaq.
Arzu Əliyeva artıq “Bank Silk Way”-də 29.08 faiz səhmlərin sahibi olaraq qeyd edilmir. Şirkətin sahibi yaxınlarda “Silk Way Airlines” üçün 1 milyard dollarlıq təyyarələr sifariş verən AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevadır.
Bankların analizi göstərir ki, bu sahədə baş verən fəlakətlərin səbəbkarı Azərbaycan Beynəlxalq Bankıdır (ABB). ABB mayda dövlət büdcəsindən 8 milyard dollara yaxın maliyyə dəstəyi alıb. Beləliklə, müflis elan edilməkdən yaxa qurtarıb. Eyni zamanda, ABB xarici kreditorlara olan 3.5 milyon dollardan çox borcunun restrukturizasiyası ilə bağlı məhkəməyə müraciət edib və müsbət cavab alıb.
Bu qədər gəlirlərin və ölkədə olan birtərəfli qanunların köməkliyi ilə ailə biznesini genişləndirən Əliyevlər ailəsi müflis olmuş banklarda əmanətlərini itirmiş insanların hallarına acımaması öz qabağındadır. Bundan başqa dövriyyəsi yuxarı olan şirkətləri öz bankları ilə işləməyə məcbur edərək asanlıqla onların maaliyyə hesablarını analiz edib, ilk imkanda bizneslərini əllərindən alırlar. Ən maraqlısı da odur ki, onlar əldə etdikləri şirkətlərin yalnız gəlirlərinə və mallarına sahib çıxırlar. Borcları isə banklarda olan əmanətlər kimi batır...
Emil İbrahimli