İndi hamı günahkar axtarır. Cəmiyyət hər il ağlagəlməz qurbanlar verir. İntihar edənlər, ölkədən didərgin salınanlar, həbsə atılanlar, Vətən xaini elan edilənlər,.. Bunlar hamısı bu cəmiyyətin verdiyi qurbanlardır. Azərbaycanda 24 ildən artıqdır ki, bu dram səhnəyə qoyulub. Bu, bir xalq teatrıdır. Hər kəs müəllif olduğu kimi hər kəs də tamaşaçıdır.Amma prezidentin xəbəri yoxdur. Əvvəllər bunu cəmiyyətin dibində olan insanlar deyirdilər. Sonra prezident özü də bu yalandan istifadə etməyə başladı: «Mənim xəbərim yoxdur»,- deyə kütlə qabağına çıxmağa başlayıb. Bir halda ki, bütün millət onun boynuna bu qafilliyi qoyub, o halda adam niyə özünü aqil kimi aparsın axı? Xəbəri yoxdur. Talanan neft pullarının onun adına açılan bank hesablarına necə yığıldığından, ölkənin bütün xəritəsi boyu onun adına yaradılan fabrik-zavodlardan, inək və qoyun fermalarından, onun adına tikilən rezidensiyalardan, onun adına alınan şəxsi təyyarələrdən, offşor zonalarda onun adına yatırılan onlarla milyard kapitaldan… Onun xəbəri yoxdur. Şünki o, yaxşı biznesmen ola bilməyib və ən pis biznemsmenlərdən biri kimi uğurlarını inzibati hakimiyyət hesabına əldə edib.
Onun xəbəri yoxdur ki, Konstitusiyanı dəyişdirərək onu üçüncü dəfə prezident elan ediblər. Onun xəbəri yoxdur ki, ölkədə onun qohum-əqrabasının adına qurulan böyük-böyük şirkətlər vasitəsilə gətirilən saxta dərmanlar millətin yarısını da o şəkildə məhv edir. Onun xəbəri yoxdur ki, son 150 ildə Azərbaycan xalqının yaratdığı bütün maddi sərvətlərin 70 faizindən artığına onun adı ilə əl qoyublar. Hətta mənəvi sərvətlərin də. Çünki onun xəbəri yoxdur, ölkənin muzeylərindən çırpışdırılan bahalı eksponatlar Britaniyada, Fransada, Türkiyədə,.. açıq hərraca çıxarılıb. Onun prezident olduğundan da xəbəri yoxdur! O, bu posta gəldiyi gündən prezidentliyin nə demək olduğunu bilmir. Ona elə gəlir ki, prezidentlik ölkənin sərvətlərini br ailənin inhisarına almaqla başqaları üzərində ağalıq qurmağa deyilir. Çünki, o belə oxuyub.Daha doğrusu, zamanında təhsilində qüsur olub.
Onun xəbəri varmı ki, Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ işğal altındadır. Bəlkə, onu aldadırlar? Müdafiə nazirləri aldada bilər, milli təhlükəsilik nazirləri aldada bilər, bütün cəmiyyət onu aldada bilər.Bəyəm, bu, həmin cəmiyyət deyilmi ki, «onun xəbəri yoxdur» deyə-deyə onun özünü də inandırıblar ki, onun xəbəri yoxdur.
O, prezident olduğunu bilmir. Elə bilir ki, zavod direktorudur, kolxoz sədridir, obyekt sahibidir, nə bilim, nədir… Amma kəsinliklə və qəti olaraq aydındır ki, o, prezidentliyin nə olduğunu bilmir.
скачать dle 12.1