Bu iqtidar ona səs verməməyi haqq edib
Ölkədə şəxsiyyət azadlığı yox ! Azad seçki yox ! Hüquq bərabərliyi yox! Bir sözlə, bu idarəçiliyə sadəlövhcəsinə bir çörək pulunun mücadiləsini aparan, ümidləri hər yerdən kəsilmiş bir cəmiyyət boylanır. Övladlarının bir qarın çörəyini təmin etmək üçün milyonlarla Vətəndaşın Rusiyaya, Ukraynaya, digər ölkələrə əl açması danılmaz gerçəklikdir. Bir hakimiyyət kimi bu utancı hiss etdinizmi? Budurmu liderliyimiz, xoşbəxtliyimiz! İdarəçilik Respublikamızın bütün yaxşı nəyini-ədalətli sabahını, gələcəyini həbs edib ! Konstitusiyamızı gərəksizləşdirib. Gərəksizləşmə ölkə üçün təhlükə deməkdir.Ölkənin uçqun altında qalması deməkdir. İqtidar Azərbaycan üçün üzücü bir təhlükəyə çevrilməkdə ! Oğurlanmış Azərbaycan bu hakimiyyətin qarnında ! Siyasi komandanın Beynəlxalq aləm barəsində düşüncəsi Ölkədən keçən borulardır. Özünə qapanan iqtidar borulara abidə qoysa buna təəccüblənmərəm. Bu idarəçiliyə DUR !- deməyin yolu vətəndaşların 11 aprel seçkisində iştirak etməməyindən keçir. Bunu iqtidar haqq edib. Bilirsinizmi, bu gün Vətəndə hansı azadlıq var ? Sürünmək istəmirsənsə ölkədən çıxıb getmək azadlığı! İnsanların öz boyunlarına ip atmaq azadlığı! Vicdanı olan hər bir kəs aşağıdakı həqiqəti deməkdən çəkinməməlidir. Azərbaycan insanının gücü, qüvvəsi tükənir! İnsan içindəki özünün müvazinətini itirir. Bunun isə nə demək olduğunu başa düşürsünüzmü, düşünməkdən uzaq olanlar ? İndi də 2018-ci ilin yalanlarını danışırlar. Guya 11 apreldən sonra Respublika dönüb olacaq bir başqa məmləkət. Elə danışırlar ki, sanki nağıllardakı kimi hər bir sakinin qoltuğunda bir “sehirli süfrə” olacaq. 25 ildə nəyi bacardınız ki, innən belə nə bacarasınız? Siz düşüncəcə səbatsızlıqdan əziyyət çəkən piyadalarsız. Ömür boyu piyada olaraq qalacaqsınız da ! MM-də 3 qat,4 qat, 5 qat, 6 qat parlament üzvləri var ki, hələ bir uğurlu təkliflərini eşitməmişik. İşləri-gücləri xarici ölkələrin qanunlarının üzünü köçürməkdir. MM-də otura-otura qanundan gizlənən əksər üzvlər cəmiyyətə nə verə bilər. Parlament İcra hakimiyyətinin filialı kimi özünü göstərməkdən heç çəkinmir də! Təyin edilmişlər kimi görsənənlərdən nə isə ummaq ən azı sadəlövhlükdür.










