Almaniyada kərə yağı 60% bahalaşıb

Bu ilin yay aylarında Almaniyada kərə yağı ötən illə müqayisədə 60% bahalaşıb.
AFR Federal Statistika İdarəsinin məlumatına görə, bir çox ticarət obyektlərinin qiymətlərinə əsaslandığı nəhəng “Aldi Nord” и “Aldi Süd” supermarketlər şəbəkələrində 250 qramlıq kərə yağı may ayında 10 sent bahalaşaraq 1,29 avroya, iyunda 20 sent bahalaşaraq 1,49 avroya, iyulda isə daha 30 sent bahalaşaraq 1,79 avroya satılıb.
Mənbə əlavə edir ki, kərə yağı Almaniyada hələ heç vaxt bu qədər baha satılmayıb. Bahalaşmaya əsas səbəb kimi südün qiymətinin qalxması göstərilir.