Britaniyanın neft servis şirkəti Azərbaycanı tərk edir

Böyük Britaniyanın “Petrowell” neft servis şirkətinin filialı “Petrowell Caspian LTD” Azərbaycandakı nümayəndəliyinin bağlanması barədə elan edib.
Məlumata görə, şirkətin kreditorları öz tələblərini növbəti iki ay ərzində Bakı, M.Muxtarov küçəsi 203A, 37 ünvanına irəli sürə bilərlər.
Qeyd edək ki, “Petrowell” şirkəti müxtəlif neft-qaz avadanlığının layihələndirilməsi, hazırlanması, istehsalı və sınaqdan keçirilməsi sahəsində ixtisaslaşır.