Qazaxıstan və Azərbaycan arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb
Qazaxıstanın Nur-Sultan şəhərində "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan
Sauranbayev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov arasında görüş olub.
QSC-dən, görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə
multimodal daşımaların gələcək inkişafına dair müzakirələr aparılıb. Tərəflər marşrut üzrə keçid
qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması istiqamətində görülən işlərin gücləndirilməsinin
vacibliyini qeyd ediblər.
Görüşün yekununda hər iki ölkənin dəmir yolu qurumları rəhbərləri tərəfindən logistika sahəsində
birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb.
Məlumat üçün bildirək ki, 2021-ci il üçün BTNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton,
konteynerlərin daşınması 25 270 TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə
266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur. Konteyner
daşımaları 5847 TEU təşkil edib. Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19% çoxdur.