Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini
proqnozlaşdırır.
İcxeber bu barədə Agentliyə istinadən məlumat verir.
Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil edib.
Bu ilin ikinci və üçüncü rüblərində 0,69 milyon barel/sutka, dördüncü rübdə 0,71 milyon barel/sutka hasilat
proqnozlaşdırılır.
Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə
0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib.