"Azərbaycan Nəşriyyatı” MMC-i qeydiyyata alındı - Nizamnamə kapitalı 4 milyon manatdan çoxdu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb.
"İç xəbər" - in Report-a istinadən məlumatın görə, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır.