Azərbaycanda "MasterCard" kartları "Apple Pay"i dəstəkləyir - Şirkət rəsmisi
Azərbaycanda "MasterCard" kartları "Apple Pay" ödəniş sistemini dəstəkləyir.
Bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar "Gələcək indidir" adlı onlayn konfrans zamanı deyib.
O bildirib ki, hazırda Beynəlxalq Bankın, "Kapital Bank", "Unibank" və "Bank Respublika"nın "MasterCard" sahibləri "Apple Pay" sisteminə qoşula bilər.
E.Çakar əlavə edib ki, ilin sonunadək digər bankların da layihəyə qoşulması gözlənilir.