"SOCAR Türkiyə" və "AzerTelecom" birgə müəssisə yaradacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Türkiyə" "AzerTelecom" MMC telekommunikasiya operatoru ilə birgə müəssisə yaradacaq.
Birgə müəssisə "Transanatolian Fiber Taf Telecommunications Services" adını daşıyacaq.
Qeyd edək ki, "SOCAR Türkiyə" 2008-ci ildə "Petkim" müəssisəsinin səhmlərinin 51 faizini satın almaqla Türkiyədə fəaliyyətə başlayıb.
"Azertelecom" MMC "Bakcell" mobil rabitə operatorunun törəmə müəssisəsidir.