"Azərkosmos" cari ilin ilk 5 ayında 19,4 milyon dollarlıq xidmət ixrac edib

2021-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 19,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
2021-ci ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.