Manat KƏSKİN UCUZLAŞACAQ - XƏBƏRDARLIQ

“Mərkəzi Bankın pulun üzərində diktaturanı inzibati yollarla gücləndirmək siyasəti Azərbaycana xarici sərmayə qoyuluşunda maneələri daha da artırır. Belə ki, ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı, onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin 12 ay müddəti başa çatsa da, limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır. Belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, devalvasiya söhbətləri də artır”.
Bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.