Hesablama Palatası yeni Büdcə Məcəlləsinin hazırlanmasını təklif edib.

Hesablama Palatası yeni Büdcə Məcəlləsinin hazırlanmasını təklif edib.
Bu barədə qurumun hesabatında qeyd edilib. Bildirilir ki, dövlətin maliyyə sisteminin tənzimlənməsi sahəsində mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi - maliyyə-büdcə prosesinin əsas prinsiplərini müəyyən edən və bu prosesə vahid yanaşmanı, həmçinin maliyyə nəzarətinin effektivliyini təmin etməyə imkan verən Büdcə Məcəlləsi hazırlanmalıdır.
Aidiyyatı qurum tərəfindən Hesablama Palatasına təqdim edilmiş cavab məktubunda ümumi büdcə prosesinin tam və çevik tənzimlənməsinə imkan verən və geniş qanunvericilik bazasını özündə birləşdirən Büdcə Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldığı bildirilib.