“Azeri Light” neftinin qiyməti artıq 70 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar artaraq 69,26 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidir.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.