Sensasiya: 5 müxalifət partiyası YAP-a birləşir!

Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar yayılıb. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanına liderlik edir.
İÇXƏBƏR musavat-a istinadən xəbər verir ki, Azəraycanın müxalif çizgili, yaxud müstəqil sayılan 5 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına birləşəcək.
Onlar aşağıdakılardır:
– Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
– Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
– Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
– Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva,
– Azərbaycan Milli Qurtuluş Partiyası, sədri Vüqar Oruc.
Partiyaların beşi də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.