Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunacaq

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood 2021" beynəlxalq qida sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, Fondun təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan artıq 5-ci dəfə "Gulfood" beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.