Dünya bazarlarında neft və təbii qazın qiyməti artıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,71% artaraq 1 barelə görə 55,43 dollar təşkil edib.
"İç xəbər"-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mart ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,50% artaraq 52,46 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 6,12% artaraq 2,72 ABŞ dolları təşkil edib.