Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yarandı - Foto

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.
Yenisabah.az xəbər verir ki, hazırda ərazidə 1000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.
Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr Azərbaycan tərəfi ilə bağlı deyil.
Qeyd olunub ki, gün ərzində 200-220 maşın Rusiyaya keçir. Əgər qarşı tərəf bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra bilər.
