Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlandı

2021-cil il yanvarın 1-nə olan ilkin mələumata əsasən, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 250 min nəfərdir ki, onların da 4 876 000 nəfəri məşğuldur.
Bu barədə “Trend”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, iqtisadi fəal əhalinin 1 685 000-i muzdlu işçilər təşkil edir. Onların 917.800 nəfəri dövlət, 766.700 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Neft-qaz sənayesi sahəsində çalışanların sayı 33.900, qeyri-neft sektorunda isə 1 milyon 650 min nəfərdir.