Rusiya neft-qaz hasilatını kəskin şəkildə azaltdı

2020-ci ildə Rusiyadaneft və qaz hasilatı müvafiq olaraq 8,6 və 6,2 faiz azalıb.
"İç xəbər" xəbər verirki, bu haqda Rusiya Mərkəzi Dispetçer İdarəsi Yanacaq-Enerji Kompleksi (SDU TEK)məlumat verib.
İnterfaksın verdiyiməlumata görə, qaz hasilatının həcmi 692,33 milyard kubmetr təşkil edib. Keçənilin dekabr ayında bu, 66,28 milyarda bərabər olub. Bu, bir il əvvəlki dövrləmüqayisədə 1,6 % azdır. MDB xaricindəkiölkələrə neft ixracatı yüzdə 11,8 azalıb. Onun gündəlik orta ölçüsü isə 4.39milyon barel olub.
12 ayın nəticələrindən sonraistehsal 512 milyon ton təşkil edib. Üstəlik dekabr ayında düşmə yüzdə 11 oldu.Bu, illik ortalamadan daha ciddi rəqəmdir.
Bundan əvvəl koronaviruspandemiyası fonunda ilin əvvəlindən bəri dünya bazarında neft qiymətlərininyüzdə 20 azaldığı bildirilmişdi. Beləliklə, bir barelinin qiyməti 60 dollardançox olan Brent markalı neft yüzdə 21-22 faiz düşüb.