Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyduğu 23 milyon dolları geri çəkib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 22,7 milyon ABŞ dolları məbləğində investisiyanı geri çəkib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bunun 13,9 milyon dolları yanvar-mart, 5,1 milyon dolları aprel-iyun, 3,7 milyon dolları isə iyul-sentyabr aylarının payına düşüb.
Qeyd edək ki, 9 ay ərzində Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 24% azalaraq 719 milyon dollara bərabər olub.