Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək?

Bir neçə gün öncə Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Sərəncamla, ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan
Dəmir Yolları” QSC-yə ilkin olaraq 5 milyon manat ayrılıb.
Bəs Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə bölgənin nəqliyyat infrastrukturunun bərpası işğaldan azad olunmuş
ərazilərin iqtisadiyyatının canlanmasına necə təsir göstərəcək?
"İç xəbər" "Mediapost"a istinadən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru,
iqtisadçı ekspert Elşad Məmmədov və turizm sahəsi üzrə ekspert Ruslan Quliyev sözügedən məsələni şərh edib.
Daha ətraflı videoda: