Göygölün Toğanalı kəndinə qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrində
istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində
genişmiqyaslı işləri davam etdirir.
"İç xəbər" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu gün rəngarəng təbiəti ilə seçilən, yerli və xarici turistlərin tez-tez üz tutduqları Göygöl rayonunun
mürəkkəb relyefə malik olan Toğanalı kəndinə təbii qaz verilişi təmin olunub.
Toğanalı kəndində 367 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 kilometrə yaxın
müxtəlif diametrli polad borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici
quraşdırılıb.