Gürcüstan dizel yanacağının 20%-ni Azərbaycandan alır

Bu ilin yanvar və avqust aylarında Gürcüstanın dizel yanacağına olan ehtiyacının 20,5%-ni Azərbaycan təmin edib.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat verib.
Hesabat dövründə Gürcüstan dizel yanacağının idxalını illik müqayisədə 50,6 min ton artırıb, benzinin idxalını isə 11,3 min ton azaldıb. Dizel və benzinin ümumi tədarükündə isə 39,3 min ton və yaxud 5,8% artım qeydə alınıb.
Bildirək ki, Gürcüstan Rusiya (32,8%), Rumıniya (18,8%), Türkmənistan (8,7%), Bolqarıstan (8,6%) və Yunanınstandan (4,1%) da dizel və benzin yanacağı alıb.