Azərbaycan Nazirlər Kabinetinin Gömrük Qaydaları”nda dəyişiklik

Yeni qaydalara əsasən ayda bir dəfə güzəştli şərtlərlə Azərbaycan ərazisinə gətirilə bilən
malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib. Eyni şəxsin adına beynəlxalq
bağlamalar və ya digər daşıma şirkətləri vasitəsi ilə 30 gün ərzində Azərbaycana çatdırılan
malların ümumi dəyəri 1000 dollardan 300 dollara qədər azaldılıb.
Sentyabrın 19-dan etibarən Azərbaycanda fiziki şəxslər tərəfindən malların gömrükdən keçirilməsi qaydaları sərtləşdiriləcək.
Azərbaycan Nazirlər Kabinetinin “Fərdi şəxslər tərəfindən istehsal olunan və ya kommersiya məqsədi ilə istehsal olunmayan malların gömrük sərhədindən sadələşdirilmiş daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarı bunu özündə ehtiva edir.
Yeni qaydalara əsasən ayda bir dəfə güzəştli şərtlərlə Azərbaycan ərazisinə gətirilə bilən malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib.
Eyni şəxsin adına beynəlxalq bağlamalar və ya digər daşıma şirkətləri vasitəsi ilə 30 gün ərzində Azərbaycana çatdırılan malların ümumi dəyəri 1000 dollardan 300 dollara qədər azaldılıb.
Azərbaycan vətəndaşları ölkəni tərk edərkən nağd milli valyutada (kağız və metal əskinaslar) və milli valyutada qiymətli kağız şəklində 20 min və daha çox miqdarda vəsait çıxarılması üçün gömrük bəyannaməsi tərtib etməli olacaqlar.
Bundan əlavə, mobil telefonlar və digər simsiz rabitə vasitələri ölkəyə gətirildikdə, yazılı şəkildə bəyan edilməlidir.
Ekspertlər hökumətin qərarının inhisarçıların mənafeyinə xidmət etdiyini, sxərda biznesin sıradan çıxaracağını, qiymətlərin artmasına təsir edəcəyini bildirir. Dövlət Gömrük Komitəsi isə qərarın inhisarçı qrupların qanunsuz əməllərinin qarşısının alınmasına xidmət etdiyni bildirir.