"ASAN Xidmət"də yeni kadr təyinatı
Turanə Qasımova Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, T.Qasımova 2014-cü ildən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin informasiya təminatı şöbəsinin baş məsləhətçisi kimi çalışıb.
2018-ci ildən isə ABAD publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.










