Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərcləri artırdı

2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərcləri 24,65 milyon manat təşkil edib.
"İç xəbər" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, 2018-ci illə müqayisədə 60,5% çoxdur.
Ötən il Agentliyin bank xərcləri ümumi xərclərinin 2,3%-ni təşkil edib. Bu nisbət əvvəlki il 1,5% olub.