Yarmarkada arıçılar iştirak edə bilər

Bu gündən "Aqrar Tədarük və Təchizat" ASC 20-ci sərgi-satış yarmarkasında satış üçün nəzərdə tutulan arıçılıq məhsullarının nümunələrinin qəbuluna başlayır. İlk dəfə olaraq yarmarka iştirakçılarının qeydiyyatı elektron rejimdə həyata keçirilib.
Hər rayondan yarmarkada 40-dan çox olmayaraq arıçı iştirak edə bilər. Bu zaman arıçılar üçün də meyarlar var: hər biri satışa 400 kiloqramdan çox olmayaraq bal və 30 arı şanı çıxara bilər. Balın keyfiyyəti Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılacaq.