Kənd təsərrüfatı istehsalı artıb

Bu ilin yeddi ayı ərzində Azərbaycanda ümumilikdə 4 mlrd. 453,7 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu zaman qiymət ifadəsində faktiki olaraq bitkiçilik məhsulları heyvandarlıq məhsullarına bərabər tutulub.
2018-ci ilin analoji dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalı 6,3%, o cümlədən birkiçilik məhsullarının istehsalı 9,5%, heyvandarlıq məhsullarının istehsalı 3,1% artıb