Təyyarələrin alınmasından imtina

Azərbaycan Boeing-lə 10 ədəd Boeing 737 MAX-8 təyyarəsi alınması haqqında müqaviləni ləğv edib. Təyyarələrin alınmasından imtina bu maşınların qəzalarına gətirib çıxaran problemlərlə bağlıdır. Bu barədə Turan-a AZAL-ın - Azərbaycan dövlət hava yolları şirkətinin nümayəndəsi bildirib.
Ümumilikdə 1 mlrd. dollar dəyəri olan 10 ədəd Boeing 737 MAX-8 sərnişin təyyarəsinin alınması haqqında müqavilə 2017-ci ilin aprelində imzalanmışdı. Təyyarələr üç il ərzində təhvil verilməli idi.