Əmək müqaviləsi haqda yenilik

Bu ilin birinci kvartalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə 66 min yeni əmək müqaviləsi haqda bildiriş barədə məlumat daxil edilib. Bunun 47,5 mini özəl sektora aiddir, qurum məlumat verib.
Bu il aprelin 1-nə olan vəziyyətə görə, sistemə 1 mln. 467,8 min əmək müqaviləsi haqda informasiya daxil edilib. Hərbçilərlə, xüsusi rütbəli şəxslərlə əmək müqavilələri və kağız formasında əmək müqavilələri nəzərə alınmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlində Azərbaycanda muzdla çalışanların sayı 1 mln. 548,9 min nəfər olub.