Banklarında son vəziyyət
Bu ilin yanvar ayında Azərbaycanın 6 bankında əmanət qəbuluna dair vəziyyət dəyişib. Bəzi bankların yeni ilin gəlməsi ilə bağlı elan etdikləri kampaniyaların müddəti başa çatdığı üçün onlar əmanətləri ucuzlaşdırıb, bəzi banklar isə əksinə, əmanətləri bahalaşdırıb. Faizlərdəki dəyişikliklər əsasən manatla yerləşdirilən əmanətləri əhatə edib.
Belə ki, 1 il müddətinə milli valyutada qəbul edilən əmanətlərin illik faiz dərəcəsi "Accessbank"da 10-12%-dən 10-11%-ə, "Amrahbank"da 12-12,5%-dən 10-10,5%-ə, "Atabank"da 8-10,5%-dən 8-12%-ə, "Bank Respublika"da 10-10,5%-dən 10,5-11%-ə, "Muğanbank"da 12-12,75%-dən 12,5-12,75%-ə, "Nikoylbank"da isə 10-10,5%-dən 11,5-12%-ə dəyişib.










