Böhran Rusiyanın dövlət şirkəti "Rosneft"in istiqrazlarını çökdürüb

Venesueladakı siyasi böhran Rusiyanın dövlət şirkəti "Rosneft"in istiqrazlarını çökdürüb.
Məlumatda bildirilir ki, nəhəng şirkət Venesuelada neftin hasilatı ilə bağlı 5 iri layihə həyata keçirir.
Həmçinin məlumatda qeyd edilir ki, hazırda "Rosneft"in istiqrazları 3.1% düşüb.
Bundan əlavə, təbii ehtiyatlar üzrə beynəlxalq reytinq agentliyinin "Fitch" direktoru Dmitri Marincenko bildirib ki, Venesueladakı vəziyyət bu cür davam edərsə, "Rosneft"i daha böyük problemlər gözləyir.