Venesuelaya dövlət krediti haqqında

Sosial şəbəkələrdə Azərbaycanın guya Venesuelaya 500 milyon ABŞ dolları məbləğində kredit verməsi barədə məlumatlar yayılıb. Məsələn, Feysbuk sosial şəbəkəsinin aktiv iştirakçıları qeyd edirlər ki, bu Latın Amerikası ölkəsində siyasi proseslər səbəbiylə həmin "borcun" geri qaytarılması imkansız olacaq.
Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Piriyev bu xəbərləri şərh edərkən deyib ki, Azərbaycanın Venesuelaya 500 milyon dollar dövlət borcu verməsi barədə iddialar "əsassızdır və təxəyyül məhsuludur"