Siqaret istehsalı 4 dəfə artıb

2018-ci ildə Azərbaycanda 4 milyard 949,6 milyon ədəd siqaret istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Təkcə dekabrda milyard yarımdan çox siqaret istehsal edilib. İstehsal artımı 2018-ci ilin dördüncü rübündən başlayaraq 7 il müddətinə, demək olar ki, bütün kommersiya vergilərinin ödənilməsindən azad olunan yeni "oyunçunun" -Sumqayıtda yerləşən sənaye parkının rezidenti olan "Tabaterra"nın bazara çıxması ilə bağlıdır.