Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur, deyə AZAL-ın mətbuat xidməti bildirir.
2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və"Buta Airways" müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb.