Şirkətlər fikrlərini dəyişib

"Amal Invest Group", "Foton" və "Rey" şirkətləri yanvarın 10-da kapitallarını azaldacaqlarını elan ediblər. "Pasha Holding" şirkətlər qrupuna yaxın olan bu şirkətlər dünən ləğv ediləcəyi barədə məlumat vermişdi.
Kommersiya hüquqi şəxslərin dövlət reyestrində bu şirkətlərin reyestr məlumatları haqqında informasiya yoxdur. Buna görə onların nizamnamə kapitalının həcmi məlum deyil.