Heydər Əliyev Mərkəzinin saxlanılması qəflətən 8 milyon manatadək artıb

Bu il Bakıda Heydər Əliyev Mərkəzinin saxlanılması üçün dövlət büdcəsindən 9 milyon 579,2 min manat (5,6 milyon ABŞ dollarından çox) ayrılacaq. Hakimiyyətin bu ictimai-siyasi "alətinin" xərcləri il ərzində 13,2% artıb.
2016-cı ildə Heydər Əliyev Mərkəzinin saxlanmasına dövlət büdcəsinin xərcləri 3,5 milyon manat təşkil edib. 2017-ci ildə bu obyektin saxlanılması üçün dövlətin yükü qəflətən 8 milyon manatadək artıb. Eyni zamanda, nə onda, nə də 2019-cu ilin dövlət büdcəsini təsdiqləyərkən hökumət bunun səbəblərini izah etməyib