Toyuq əti idxalına qadağa

Azərbaycan quş qripi təhlükəsi ilə əlaqədar İrandan toyuq əti idxalına qadağa qoyub, bu barədə Ərzaq Təhlükəsizliyi Agentliyinin məlumatında deyilir.
Məlumatda deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatı İranın Tehran əyalətində ev quşları arasında yüksək patogenli quş qripinin yayıldığınl qeydə alıb. "Bununla əlaqədar bu əyalətdən canlı quş və quşçuluq məhsullarının idxalının müvəqqəti olaraq qadağan edilməsi haqqında qərar qəbul edilib", deyə Agentliyin məlumatında bildirilir.