N.Cəfərli hesab edir

"İstər hökumətin, istərsə də Vergi Nazirliyinin islahatlar aparmaq sahəsindəki niyyətləri və məqsədləri ciddidir və bu islahatların nə dərəcədə əhəmiyyətli olub-olmadığı yaxın vaxtrlada özünü göstərəcək". Bunu tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli vergi islahatları ilə bağlı şərhində bildirib.
Amma N.Cəfərli hesab edir ki, bu islahatlar özü ilə problemlər də gətirəcək, belə ki, burada bərabərlik prinsipi pozulur: "Bərabərliyin pozuıması budur ki, bu islahatlar və ya 7 il müddətinə vergidən azd olunmaq ancaq özəl sahəyə tətbiq edilir. Bu isə o deməkdir ki, eyni işi yerinə yetirən dövlət məktəbində dərs deyən müəllim gəlir vergisi ödəməkdə davam edəcək, amma özəl məktəbdə dərs deyən müəllim isə vergidən azad olunacaq"