Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun büdcələrinin həcmi məlum olub

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsinin gəlir və xərcləri 3 mlrd 928 mln manat səviyyəsində nəzərdə tutulub.
Büdcə layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 mlrd 419 mln manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 mln 687 min manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 mln 684 min, qeyri-büdcə sektoru üzrə 1 mlrd 497 mln manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 mln, sair gəlirlər 6 mln manat nəzərdə tutulub.