Qubad İbadoğlu

Hökumət "Büdcə sistemi haqqında" qanunu pozaraq, 2019-cu ilin dövlət büdcəsi layihəsinin parlamentə göndərilməsini gecikdirir. Bu, əsas maliyyə sənədinin müzakirəsində gecikməyə səbəb olacaq, deyə iİqtisadçı Qubad İbadoğlu hesab edir.
Qanunvericiliyə əsasən, dövlət büdcəsi haqqında qanun layihəsi oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Amma indiyədək nə Maliyyə Nazirliyinin, nə də Milli Məclisin saytında bu barədə informasiya yoxdur. "Ötən ilin bu günü (19 oktyabr) Maliyyə Nazirliyi bu sənədin layihəsinin mətnini açıqlamışdı", - deyə Q.İbadoğlu qeyd edib.