Alkoqollu içkilərin istehsalı ilə məşğul olan müəssisələrin vergi ödənişləri 60% artıb

Avqustda alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz - nəzarət postları fəaliyyətə başlayandan sonra hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb, deyə bu gün Vergilər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Alkoqollu içkilərin istehsalı ilə məşğul olan müəssisələrə nəzarətin bərpası nəticəsində araq istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə müvafiq həcmdə aşağı düşüb.