Milli Onkologiya Mərkəzində israfçılığa yol verilib

Oktyabrın 1-i üçün Milli Onkologiya Mərkəzi (MOM) mal alınmasına, işlərə və xidmətlərə 45 mln. 889,7 manat xərcləyib ki, bu da 2018-ci ilin dövlət büdcəsində MOM-un ümumi saxlanması üçün nəzərdə tutulan vəsaitdən 14% çoxdur. Mərkəzin işçilərinin əməkhaqqı da büdcəyə daxildir
Dövlət satınalmalar reyestrindəki məlumatlara görə, bu ilin əvvəlindən MOM 28 satınalma müqaviləsi imzalayıb. Oktyabrın 1-də imzalanan sonuncu müqavilə şüa avadanlıqları, xətti sürətləndiricilər və digər tibbi avadanlıqlara texniki xidmətlər və onlara ehtiyat hissələrinin alınması üçün nəzərdə tutulub.