Bakı hava limanında sərnişin axını 10% artıb

2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,49 milyon sərnişinə xidmət göstərib.. Bu, ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur, deyə AZAL-ın mətbuat xidməti bildirir.
"Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 512 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 345 min sərnişin düşüb.